Səudiyyə Ərəbistan qırıcıları Yəməni bombalayıb, dinc sakinlərdən ölənlər var
Səudiyyə Ərəbistan qırıcıları Yəmənin şimalında Cof əyalətini bombalayıb, 2 nəfər həlak olub , 6 nəfər yaralanıb. Maide.Az xəbər verir ki, Ərəbistan qırıcıları Cof əyalətinin Həribul-Qəramiş bölgəsində dinc sakinlərin evlərini hədəf alıb. Ərəblərin Yəmənin Ləhəc əyalətinə raket hücumları nəticəsində isə 6 dinc sakin həlak olub. Həmçinin Hotəşəhərində bir ailənin dörd üzvi dünyasını dəyişib. Səudiyyə rejimi bir ildən çoxdur ki, Yəmənin dinc əhalisinə qarşı hava hücumları həyata keçirir. Yəmən rəsmiləri bildiriblər ki, Səudiyyə rejimi daha çox dinc əhalini bombalayır. Indiyədək 9 min 500 nəfər Yəmənli həyatını itirib. /