Səudiyyə Ərəbistan Suriyaya hərbi müdaxilə edəcəyi ilə hədələdi
Səudiyyə Ərəbistan Suriyadakı böhranla bağlı siyasi danışıqlar uğursuz olarsa Bəşşar Əsədə qarşı hərbi güc tətbiq edəcəyi ilə hədələyib. Maide.Az xəbər verir ki, Ərəbistanın xarici işlər naziri Adil Əlcübeyr ötən gün Vyanada Suriyaya beynəlxalq dəstək qrupunun müzakirələrinin sonunda jurnalistlərə açıqlamasında deyib ki, çox müddət öncə gərək alternativ yola əl atılırdı və Suriya prezidenti Bəşşar Əsədə qarşı hərbi əməliyyatlar gücləndilirdi. “Əgər onlar (Suriya hökuməti) beynəlxalq öhdəçiliyə cavab verməzsə .... Biz başqa bir şeyə əl atmalıyıq.” Səudiyyə Ərəbistan Bəşşar Əsəd hökumətini devirmək üçün hücum etmə layihəsinin tərəfdarı və həmçinin Suriyadakı silahlı quruplaşmaların dəstəkləyicisidir.