Səudiyyə Ərəbistanda xəstəxanada atışma: 9 nəfər yaralandı
Səudiyyə Ərəbistanın şimalında xəstəxanaların birində baş verən atışmada 9 nəfər yaralanıb. Maide.Az xəbər verir ki, atışma Hail şəhərinin Məlik Xalid adına xəstəxananın avtomobil dayanacağında baş verib. Hadisə mübahisə ilə başlayıb daha sonra tərəflər silaha əl atıblar. Təhlükəsizlik qüvvələri bu hadisə ilə bağlı 10 nəfəri saxlayıb. Məlumata görə, yaralıların bəzisinin vəziyyəti ağırdır.