Səudiyyə Ərəbistanda partlayış
Səudiyyə Ərəbistan KİV-lərinin məlumatına görə bu ölkənin şərqində benzin doldurma məntəqəsində partlayış baş verib, bir polis nəfəri yaralanıb. Maide.Az xəbər verir ki, partlayış ötən gün Şərqiyyə bölgəsinin əl-Ehsa şəhərində baş verib. Partlayış nəticəsində 5 avtomobilə ziyan dəyib. Hələlik heç bir qrup partlayışın məsuliyyətini üzərinə götürməyib. Lakin bundan öncə İŞİD terror qruplaşması şiələr yaşayn bölgədə dəfələrlə partlayışlar törədib. Ərəbistanın şərq bölgəsində geniş neft yataqları var və bu bölgədə əsasən şiələr yaşayır.