Səudiyyə Ərəbistan İranlı hacılar üçün şərt qoydu
Səudiyyə Ərəbistanın Həcc Nazirliyi İranın Həcc və Ziyarət Təşkilatının nümayəndələri ilə görüşdə İranlı hacılara Həcc ayininin icrası üçün icazənin verilməsinə şərt irəli sürüb. Maide.az xəbər verir ki, Səudiyyə Ərəbistanın Həcc Nazirliyinin sözçüsü bildirib ki, İranlı nümayəndə heyəti ilə görüşdə, Həcc mərasimində İranlı hacılara toplantıların təşkili, ucadan dua oxumaq və şüarlar səsləndirmək qadağan olunub. Qeyd edək ki, Ali rəhbər Ayətullah Seyyid Əli Xameneinin Həcc və Ziyarətlər üzrə nümayəndəsi Seyyid Əli Qazi Əskər bir müddət öncə demişdi ki, Səudiyyə Ərəbistan Həcc mərasiminin hazırlıq işlərinin görülməsi ilə bağlı danışıqları gecikdirir və bu onu göstərir ki, bu ölkə Həcc mərasimini təşkil etmək istəmir. O deyib ki, Səudiyyə Ərəbsitanın xarici işlər naziri demişdi ki, Həcc mərasimi iki ölkənin siyasi əlaqələrindən ayrı məsələdir, lakin əməldə görünən odur ki,Səudiyyəlilər bu dediklərinin əksini edirlər. Xatırladaq ki, Səudiyyə Ərəbistanın məsuliyyətsizliyi üzündən ötən il Həcc mərasiminda Mina faciəsi baş verdi, beynəlxalq KİV-lərin məlumatına görə,bu faciədə ən azı 2.411 nəfər həlak olub ki, bu rəqəm Ərəbistan rəsmilərinin iddia etdiyi rəqəmlərdən üç qat çoxdur. Bir sıra məlumatlara görə, Minada baş verən faciədə minlərlə zəvvar həyatını itirib. Minada baş verən faciədə 450 -dən çox İranlı hacı həyatını itirdi. Bu hadisədən sonra İran və Səudiyyə Ərəbistan arasındakı soyuq münasibətlər bir az da dərinləşdi.