Səudiyyə Ərəbistan İran aviaşirkətinə uçuşları qadağan etdi
Səudiyyə Ərəbistan təhlükəsizlik məsələlərini bəhanə edərək İranın Mahan Air aviaşirkətinə bu ölkəyə uçuşlar həyata keçirməyi qadağan edib. Maide.az xəbər verir ki, Səudiyyə Ərəbistan Aviaşirkətinin rəsmisi bazar ertəsi günü elan edib ki, Mahan Air şirkətinə verilən lisenziyalar ləğv olunub və bu şirkətə Ərəbistanın hava sərhədlərindən və hava limanlarından istifadə qadağan olunub. Ərəbistan rəsmiləri bu qadağanı Mahan Air şirkətinin beynəlxalq uçuşların təhlükəsizliyinə nəzarət qanunlarının pozulması ilə əlaqələndirib. /