Səudiyyə Ərəbistanın 42 hərbiçisi əsir götürüldü – Yəməndə
Yəmən ordusu və Ənsarulah xalq qüvvələri Beyza əyalətinin cənubunda Rəda bölgəsində Səudiyyə Ərəbistanın 31 hərbiçisini, Cof əyalətinin şimal - qərbində isə 11 hərbiçisini əsir götürüb. Maide.az Yəmənin sabanews agentliyinə istinadən xəbər verir ki, əsir düşmüş hərbiçilər Marab əyalətinə köçrülüb. Məlumata görə, digər əməliyyatda Yəmən qüvvələri "Katyuşa" raketləri ilə Marab əyalətində Səudiyyə Ərəbistan hərbiçilərinin mövqelərini vurublar.6 Səudiyyəli olüb, 17 nəfər yaralanıb. /