Maide.az

Sərnişin təyyarəsini qaçırmış Samah psixi pozğunluqdan əziyyət çəkir

"EgyptAir" aviaşirkətinin sərnişin təyyarəsini qaçırmış İbrahim Samah psixi pozğunluqdan əziyyət çəkir. Bu barədə Trend TASS agentliyinə istinadən məlumat verir.   Müəyyən edilib ki, İbrahim Abdel Tavab Samah İsgəndəriyyə Universitetinin professor baytarıdır və müqavilə əsasında ABŞ-ın Atlanta ştatında müəllim işləyir.   Onun Amerika vətəndaşlığı var və İsgəndəriyyə vilayətinin sakinidir.   Qeyd edək ki, bu gün misirli İbrahim Samah А320 sərnişin təyyarəsini qaçıraraq Kiprin Larnaka aeroportuna eniş etdirib./