Maide.az

Səudiyyə Ərəbistanında müəllim 6 həmkarını qətlə yetirib

Səudiyyə Ərəbistanında təhsil departamentinə silahlı hücum edilib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, hücum edən şəxs müəllim olub. Məlumata görə, o, binaya daxil olaraq həmkarlarına atəş açmağa başlayıb. Hadisə zamanı 6 nəfər həlak olub, 2 nəfər isə yaralanıb. Hücum edən şəxs saxlanılıb. İnsidentin səbəbləri araşdırılır. /