Səudiyyə Ərəbistanının paytaxtındakı partlayışa görə məsuliyyəti İŞİD üzərinə götürdü
İŞİD terror qruplaşması Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı partlayışa görəməsuliyyəti öz üzərinə götürdü. Maide.az xəbər verir ki, Səudiyyə Ərəbistanın dövlət agentliyi yazıb ki, bazar ertəsi günü Ər-Riyadda bomba qoyulmuş avtomobil partladılıb. İŞİD bu partlayışın məsuliyyətini öz üzərinə götürüb. Partlayış Əziziyə bölgəsində Səudiyyə vətəndaşına məxsus avtomobildə və onun evinin qarşısında baş verib. Partlayış nəticəsində ölən olmasada ətrafdakı evlərə və avtomobillərə ziyan dəyib. İŞİD elan edib ki, partlayış baş verən avtomobil Səudiyyə təhlükəsizlik xidmətinin əməkdaşının olub. / Xəbərlərimizi Maide.az-ın facebook səhifəsində də izləyə bilərsiniz.