Maide.az

Səhiyyə Nazirliyi: Mövsümlə əlaqədar qriplə xəstələnmə səviyyəsi yüksəkdir

“Qış mövsümü olduğuna görə hər il olduğu kimi, istər-istəməz qriplə xəstələnmə səviyyəsi ümumi vəziyyətdən bir qədər yüksəkdir”. Bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin Sanitar-epidemioloji xidmət sektorunun müdiri Viktor Qasımov deyib.   Onun sözlərinə görə, artıq bir müddətdir ölkədə epidemioloji vəziyyət stabildir: “Vəziyyəti nəzarətdə saxlayırıq”.   V. Qasımov qeyd edib ki, gündəlik olaraq monitorinq işləri aparılır.   Sektor müdiri onu da qeyd edib ki, Azərbaycanda “donuz qripi” aşkarlanmayıb.