Səudiyyə Ərəbistanın hücumları nəticəsində Sənada 136 məscid dağılıb
Səudiyyə Ərəbistan rejiminin başçılıq etdiyi koalisiyanın Yəmənə təcavüzü nəticəsində bu ölkənin Səna əyalətində 136 məscid dağılıb. Bunu Səna Əyalətinin Vəqflər Ofisinin sədri İmen Əbdülqadir deyib. Maide.az xəbər verir ki,İ.Əbdülqadir deyib ki, Səna əyalətində 46 məscid Səudiyyə rejiminin qırıcılarının bir başa bombalaması nəticəsində tamamilə dağıdılıb və 87 məscidə isə ziyan dəyib. İ.Əbdülqadirin sözlərinə görə, dağıdılmış məscidlərin 80 faizdən çoxu Yəmənin mədəni və tarixi əsərləri sırasında olub və bəzi məscidlərin tikilmə tarixi 100 ildən daha çox olub. İ.Əbdülqadir tarixi abidələrə hücumların təşkilini beynəlxalq qanunlara zidd olduğunu bildirib və Səudiyyə rejimi və müttəfiqlərinin tarixi abidələrə hücumunu pisləyib. /