Səudiyyə Ərəbistanı ilə İran arasındakı gərginlik neftin qiymətini artırdı
Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlərin gərginləşməsi ilə əlaqədar dünya bazarında neftin qiyməti artmağa başlayıb. Dekabrın 4-nə keçən gecə London İCE birjasında Brent markalı neftin fevral fyuçerslərinin qiyməti 3,3% yüksələrək 38,50 dollara çatıb. Bir qədər sonra qiymət 37,89 dollara ensə də, səhər saatlarında yenidən 38 dolları ötüb. Nyi-York birjasında isə WTI neftinin qiyməti 3,5% yüksələrək 38,77 dollar olub. “Bazar baş verənləri Səudiyyə Ərəbistanı və İran kimi neft hasilatçıları arasında mümkün uzunmüddətli münaqişə kimi qəbul edə bilər”, - deyə Sidneydəki CMC baş analitiki Rik Spuner söyləyib. Dubaydakı “Manaar Energy Consulting” analitiki Robin Mills də geosiyasi vəziyyətə dair qorxuların artdığını deyib. Qeyd edək ki, Səudiyyə Ərəbistanı OPEC-də neft hasilatına görə 1-ci, İran isə 5-ci yerdədir.