Maide.az

Sənada məsciddə terror aktı; 5 nəfər yaralı var

Yəmənin paytaxtı Səna şəhərində bir məsciddə kustar üsulla hazırlanımış bombanın partlaması nəticəsində 5 nəfər yaralanıb.   Maide.az xəbər verir ki, Yəmənin paytaxtı Səna şəhərinin şərqində yerləşən “Əl-Məşhəd” məscidində törədilən terror aktı 5 nəfərin yaralanmasına səbəb olub.   Eyni zamanda, Əl-Beyza şəhərində yerləşən Əl-Riyad mehmanxanasının qarşısında daha bir partlayış baş verib, hadisə qurbanları barədə hələlik heç bir məlumat verilmir.   Bugünkü partlayışla bağlı məsuliyyəti hələlik heç bir şəxs və ya qruplaşma öz üzərinə götürməyib./