Maide.az

Səfirlik: Pakistandakı zəlzələdə zərərçəkənlər arasında azərbaycanlılar yoxdur

"Zəlzələ nəticəsində Azərbaycanın Pakistandakı səfirliyinə zərər dəyməyib, diplomatik missiya öz işini adi rejimdə davam etdirir.  Maide.az xəbər verir ki, bu barədə "Report"a Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov bildirib. Səfir həmçinin qeyd edib ki, ilkin məlumata əsasən, Pakistandakı zəlzələdə zərərçəkənlər arasında azərbaycanlılar yoxdur. Xatırladaq ki, bu gün Əfqanıstan və Pakistandan 7.7 bal gücündə zəlzələ baş verib. ABŞ Geoloji Xidmətinin məlumatına əsasən, zəlzələnin ocağı 213,5 km dərinlikdə Jarm şəhərindən (Əfqanıstan) 45 km cənub-qərbdə yerləşib. Onlarla insan həlak olub, dağıntılar var.