Maide.az

Sərnişin qatarı yük maşını ilə toqquşdu: 12 yaralı

Çexiyanın Şluknov şəhərində sərnişin qatarı yük maşını ilə toqquşub.   APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, nəticədə 12 nəfər xəsarət alıb.   Onlardan 4-ün vəziyyətinin ağır olduğu bildirilir.   İlkin məlumata əsasən, DAF markalı yük avtomobili qorunmayan keçidi keçərkən qatarla toqquşub. Sürücü ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Müvəqqəti olaraq dəmiryol sahəsində bütün qatarların hərəkəti dayandırılıb./