Maide.az

Səudiyyə Ərəbistanında daha bir məsciddə törədilən partlayış nəticəsində 15 nəfər ölüb

Səudiyyə Ərəbistanın cənub-qərbindəki Abha şəhərində məscidlərin birində törədilən partlayış nəticəsində 12-si təhlükəsizlik qüvvələrinin əməkdaşı olmaqla 15 nəfər ölüb.   Maide.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanın DİN-i məlumat yayıb.   Məlumata görə, xüsusi təyinatlı qüvvələrin əməkdaşları üçün nəzərdə tutulan məsciddə partlayış ötən gün günorta saatlarında törədilib. Partlayışın üzərinə partlayıcı qurğu bərkidilmiş terrorçu-kamikadze tərəfindən törədildiyi qeyd olunur.   Qeyd edək ki, mayda  Səudiyyə Ərəbistanında bir neçə məsciddə törədilən partlayış nəticəsində 20-dən çox adam ölüb. Partlayışlara görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.