Maide.az

Səhiyyə Nazirliyi: Bu il 33 tibb işçisi barədə məsuliyyət tədbirləri görülüb

2015-ci ilin ilk 3 ayı ərzində Səhiyyə Nazirliyinə vətəndaşlar tərəfindən daxil olan 439 şikayət Hüquq və daxili nəzarət sektoru tərəfindən araşdırılıb.   Səhiyyə Nazirliyindən Maide.az-a verilən xəbərə görə, araşdırma zamanı pozuntu halları aşkarlanaraq 33 nəfər tibb işçisi barədə məsuliyyət tədbirləri görülüb. 1 məlumat üzrə cinayət xarakterli pozuntu faktı aşkarlandığından toplanmış materiallar Baş Prokurorluğa göndərilib.   42 müraciət təkrar olub.