Maide.az

Səfir: `İran Yəməndə baş verən hadisələrdən narahatdır`

“İran Yəməndə baş verən hadisələrdən narahatdır”. Maide.az xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin bəyan edib.   Səfir İranın münaqişələrin dinc yolla həllinin tərəfdarı olduğunu bildirib: “Ümid edirik ki, Yəmənə qarşı olan bu münaqişə tezliklə öz həllini tapacaq. Bu məsələ ilə əlaqədar İran xarici işlər naziri müavini Mürtəza Sərvəti Tunisə və Omana səfər edəcək”.