Maide.az

Sərnişin avtobusuna hücum: 13 ölü, 2 yaralı

Əfqanıstanda sərnişin avtobusuna hücum olub.Hadisə Əfqanıstanın Vardak əyalətində baş verib   ANS PRESS-in məlumatına görə, Əfqanıstanın şərq əyalətlərindən olan Vardakda naməlum silahlı qruplaşma üzvləri sərnişin avtobusuna hücum ediblər.    “Sinxua” agentliyinin yaydığı xəbərdə bildirilir ki, hücum nəticəsində 13 nəfər ölüb, 2 nəfər xəsarət alıb.   Hücum faktı ilə əlaqədar heç bir qruplaşma hələlik məsuliyyəti öz üzərinə götürməyib.    Yerli hüquq-mühafizə orqanları hadisənin baş vermə səbəbi və şəraitini araşdırır./