Səud xanədanı dəhşət içində!
Maide.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Xarici İşlər Səud Əl-Feysəl bir çıxışında "Qərb ittifaqı regionda şiə nüfuzunun yayılmasına icazə verməyəcəkdir", - deyə bildirib. Əl-Feysəl vəliəhd Məhəmməd bin Nayifin və şura üzvlərinin iştirakı ilə keçirilən Siyasi və Təhlükəsizlik İşləri Konfransında belə danışıb: "Şiə komandirlərin İŞİD ilə müharibədə ön cərgələrdə olması, balansların dəyişdiyinin, bizim üçün təhlükə zənglərinin vurduğunun açıq mesajıdır. Bizim İŞİD ilə ixtilaflara baxmayaraq, bir gün şiə komandir və liderlərinin bir-birini qucaqlayaraq Səddam Hüseynin doğulduğu yerdə sünni döyüşçülərin (vəhhabi, İŞİD terrorçularının) cəsədlərinin başında güləcəklərini xəyal belə edə bilməzdir". Əl-Feysəl bunu bir faciə kimi səciyyələndirərək, xəbərdarlıq edib. Səudiyyə Ərəbistanı Xarici İşlər nazirinin açıqlamalarının Amerika ordusu Baş Qərargah rəisi Martin Dempseyin İŞİD-ə qarşı yaradılan beynəlxalq koalisiyanı İŞİD-i bombalamağı dayandırmağa çağırması ilə eyni zamanda olması diqqət çəkib. Qeyd edək ki, Dempsey İraqda çoxlu sayda bombardman həyata keçirilməsinin həll yolu olmadığını deyərək, bunun dayandırılması lazım olduğunu söyləyib.