Səudiyyə zindanlarında şiə məhbuslara qarşı təzyiqlər artıb
Ali-Səud rejiminin Səudiyyə Ərəbistan şiələrinə qarşı ayrı-seçkiliyə əsaslanan siyasətləri davam etdirilir. Maide.az-ın Səudiyyə Ərəbistanın Əl-Əvamiyə News xəbər portalına istinadən məlumatına görə, Şiə məhbuslar Ərəbistanın Əl-Dəmam şəhərinin istintaq təcridxanasında müxtəlif növ şikəncələrəməruz qalırlar. Məlumatda bildirilir ki, Səudiyyə Ərəbistanında məzhəblər arasında ayrı-seçkiliklər məhərrəm ayının əvvəlindən etibarən daha da artıb. Bəzi şiə məhbusları bildirib ki, Səudiyyə zindan gözətçiləri aşkar şəkildə İmam Hüseyn (ə)-a hörmətsizlik edərək məhbusları kameralara göndərib döyürlər. Qeyd edək ki, Aşura gecəsində təkfirçi terrorçular əsasən şiələrin məskunlaşdığı Əl-Ehsa şəhərində Əl-Daluh hüseyniyyəsinə hücum ediblər. Bundan başqa onlar həmçiin həmin şəhərin Əl-Qarə və Əl-Qərin kəndlərindəki hüseyniyyələrə hücum ediblər. Hücumlar nəticəsində 8 İmam Hüseyn (ə) əzadarı şəhid olub , 30 nəfərdən çoxu isə yaranıb. /