Maide.az

Səudiyyə Ərəbistanında nümunəvi müəllimlərə BMW hədiyyə olunacaq

Səudiyyə Ərəbistanının Təhsil Nazirliyi nümunəvi  müəllimləri mükafatlandırmaq qərarına gəlib.  Maide.az-ın Arab News-a istinadən məlumatına görə,  onlara lüks salonlu BMW-lər və 10 mindən 120 min riala qədər (32 min dollar)  pul mükafatı veriləcək.  Mükafata məktəb direktorları və savadlı müəllimlər namizəddir. Məlumata əsasən, mükafatlar əlaçı şagirdlərədə verilməsi təklif olunur , lakin bu haqda dəqiq məlumat bilinmir. Təhsil Nazirliyində 2014-cü ilin laureatlarını artıq seçiblər.  Səudiyyə Ərəbistan büdcəsinin 1/4 hissəsindən çoxu təhsilə sərf olunur. Krallıqda 8 universitet, 24 mindən artıq məktəb, çoxlu sayda kollec və təhsil müəssələri var.  Krallıq vətəndaşlarına təhsil tamamilə pulsuzdur. Bundan əlavə tələbələr təhsil üçün lazım olan bütün ləvazimat və kitablarla təmin olunurlar. //