Maide.az

Sərhədin mühafizəsi sisteminin inkişafına dair xüsusi plan hazırlanıb

Elçin Quliyev: "Yaxın gələcəkdə ölkəmizin sərhəd təhlükəsizliyinin texniki yolla təmin olunması istiqamətində mühüm işlər görülür" Dağlıq ərazilərdə sərhədlərin mühafizəsinin ən yüksək səviyyədə təmin edilməsi xüsusi diqqət mərkəzindədir. Bu məqsədlə 2014-2024-cü illərdə Azərbaycan Respublikasının dövlət sərhədinin dağlıq ərazilərdə mühafizəsi sisteminin inkişafına dair xüsusi plan hazırlanıb.  Bunu 18 avqust Azərbaycan Sərhəd Mühafizəsinin 95-ci ildönümü günü ilə bağlı "Azərbaycan" qəzetinə verdiyi müsahibəsində Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyev deyib. E.Quliyev bildirib ki, şəxsi heyətin xidməti-döyüş və sosial-məişət şəraitinin yaxşılaşdırılmasına hesablanmış quruculuq işləri və dinamik xarakter alan texniki inkişaf sözügedən dövlət proqramının yüksək səviyyədə yerinə yetirilməsinin mühüm göstəricisidir: "Sərhəd xətti boyunca çoxsaylı yeni sərhəd məntəqələrinin, sərhəd dəstələrinin, qarnizon komplekslərinin istifadəyə verilməsi, yaradılan mühəndis-texniki qurğuların istismarı sərhədlərimizin mühafizəsi işinin səviyyə və etibarlılığını artırmışdır. İndi relyefindən, iqlimindən, şəraitindən asılı olmayaraq Azərbaycanın sərhədləri bütövlükdə ciddi nəzarət altındadır və sayıqlıqla qorunur".  /