Maide.az

S-400 komponentlərini daşıyan daha bir təyyarə Türkiyədə eniş etdi

S-400 zenit-raket komplekslərinin komponentlərini daşıyan 7-ci Rusiya təyyarəsi Türkiyədə enib.   Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, təyyarə Mürted hərbi-hava bazasında eniş edib.   Xatırladaq ki, bu gün komponentləri daşıyan daha 2 təyyarənin eniş etdiyi barədə məlumat verilirdi.   Qeyd edək ki, S-400 zenit-raket komplekslərinin Türkiyəyə çatdırılması iyulun 12-dən başlayıb.