Maide.az

Rusiya XİN başçısının böyük mətbuat konfransının tarixi açıqlanıb

Tədbir rus, ingilis və fransız dillərində “Periscope”, “Facebook” və “Vkontakte” sosial şəbəkələrində də yayımlanacaq   Rusiyanın xarici işlər naziri Sergey Lavrov yanvarın 17-də Moskvada ötən ilin yekununa həsr edilən böyük ənənəvi mətbuat kofransı keçirəcək.   “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.   Xəbərdə bildirilib ki, tədbir Bakı vaxtı ilə saat 11:30-da Rusiya XİN-in Mətbuat Mərkəzində keçiriləcək.   Mətbuat konfransı rus, ingilis və fransız dillərində “Periscope”, “Facebook” və “Vkontakte” sosial şəbəkələrində də birbaşa yayımlanacaq. /