Maide.az

Rusiya XİN ABŞ-a xəbərdarlıq etdi

Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın Avropa və Asiyaya nüvə və nüvə olmayan raketlər yerləşdirməsinə münasibət bildirib.     Rusiya Xarici İşlər Nazirliyi vurğulayıb ki, ABŞ-ın bu addımlarına lazım olan cavablar veriləcək.     "ABŞ-ın son 1 il ərzində atdığı addımlar səbəbilə beynəlxalq təhlükəsizliyə təhdid yaranıb. Bu barədə dəfələrlə rəsmi Vaşinqtona xəbərdarlıq etmişik", - deyə nazirlik diqqətə çatdırıb.     Qeyd olunub ki, ABŞ beynəlxalq sülhdən yana olduğunu bildirsə də həyata keçirdiyi siyasət bunun əksini deyir.