Maide.az

Rusiya Xəzərdə hərbi təlim keçirəcək

Rusiya Xəzər donanması avqustun 15-20-dək taktiki təlimlər keçirəcək.   İnterpress.az-ın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, təlimlər dənizin cənub-qərb hissəsində keçiriləcək.   İkimərhələli təlimlər zamanı ölkənin təhlükəsizliyinə təhdid ola biləcək böhranlı durumlar zamanı yerinə yetiriləcək tapşırıqlar sınaqdan keçiriləcək.