Maide.az

Rusiya vətəndaşlığının alınması sadələşdirilir

Rusiya Prezidenti Vladimir Putin ölkə vətəndaşlığının alınması proseduru sadələşdirən qanunu imzalayıb.   Trend-in məlumatına görə, yeni dəyişikliklərə əsasən, əcnəbi şəxs Rusiya vətəndaşlığını almaq istəyərkən mövcud vətəndaşlığından imtina ərizəsi yazmaya bilər.   Bundan başqa, Rusiya ərazisində azı 3 il yaşamaq və vətəndaşlığı olmayan şəxslər üçün qanuni gəlir mənbəyinin göstərilməsi tələbləri də yığışdırılıb.