Maide.az

Rusiya və Ermənistan xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Rusiya və Ermənistan xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər. APA-nın “Armenpress” saytına istinadən verdiyi xəbərə görə, Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan Slovakiyanın Tatra şəhərində keçirilən ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü çərçivəsində iyulun 8-də Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşüb. Xarici işlər nazirləri gündəmdə olan bir sıra regional və beynəlxalq məsələlərlə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesini də müzakirə ediblər.