Maide.az

Rusiya və İran XİN başçıları Xəzər sammitinə hazırlıq işlərini müzakirə ediblər

Rusiya və İranın xarici işlər nazirləri Sergey Lavrov ilə Məhəmməd Cavad Zərif arasında martın 1-də telefon danışığı baş tutub.   Maide.Az "Report"-a istinadən xəbər verir ki, nazirlər ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər, beynəlxalq və regional gündəliyin bir sıra aktual məsələlərinə, o cümlədən Yaxın Şərqdəki vəziyyətə və V Xəzər sammitinə hazırlıq işlərinə dair fikir mübadiləsi aparıblar.   Telefon danışığı İran tərəfinin təşəbbüsü ilə baş tutub.