Maide.az

Rusiya və İran arasında nüvə enerjisi sahəsində əməkdaşlığın genişləndirilməsinə dair razılıq əldə olunub

Rusiya və İran arasında nüvə energetikası sahəsində  əməkdaşlığın genişləndirilməsi barədə memorandumun reallaşdırılmasına dair yol xəritəsi imzalanıb.   APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın “Rosatom”  dövlət korporasiyasından  bildirilib.   Yol xəritəsi Moskvada “Rosatom”un baş direktorunun müavini Nikolay Spasski və İranın Atom Enerjisi Təşkilatının vitse-prezidenti Bəhruz Kamalvəndi tərəfindən imzalanıb.   Memorandumun özü 2014-cü ilin noyabrın 11-də Moskvada imzalanıb.   Qeyd edək ki, “Rosatom” İranda bir neçə yeni layihə reallaşdırmaq niyyətindədir.