Rusiya Türkiyə ilə viza rejimini ləğv etməyə hazır olmadığını açıqlayıb
Rusiyanın Ankaradakı səfiri Aleksey Yerhov rəsmi Moskvanın Türkiyə ilə viza rejimini tamamilə ləğv etməyə hələ hazır olmadığını açıqlayıb. Maide.Az “Sputnik”-ə istinadən xəbər verir ki, A.Yerhov deyib ki, hazırda Türkiyə ölkəyə Rusiyadan turistlərin gəlişini artırmaq məqsədi ilə bir tərəfli viza rejimini ləğv edib və vətəndaşlarımız bu məsələdə Türkiyə rəsmilərinə minnətdardır. “Rusiya haqlı səbəblərə görə hələlik 2010-cu ildə imzalanan qarşılıqlı viza rejiminin ləğvinə dair anlaşmanın tələblərinin hamısını yerinə yetirməyə hələ hazır deyil.”