Maide.az

Rusiya Tailandda dəmir yolu tikmək istəyir

Rusiya şirkətləri Tailandda yeni dəmir yolu xəttinin tikintisində iştirak etməyə, həmçinin bu ölkəyə dəmir yolu nəqliyyatı vasitələri tədarük etməyə hazırdır. Maide.Az bildirir ki,Trend-in məlumatına görə, bunu Rusiya-Tailand hökumətlərarası komissiyasının iclasında RF sənaye və ticarət naziri Denis Manturov deyib. Nazir bildirib ki, Rusiya Tailandda buğda və ət məhsulları ixracını artırmağa da hazırdır: "Qarşılıqlı əmtəə dövriyyəsinin böyük potensialını kənd təsərrüfatı sahəsində də görürük. Öz növbəsində, Rusiya buğda, ət məhsulları kimi mallarının ixracını artırmağa hazırdır".