Maide.az

Rusiya təsdiq etdi - Su-25-lər...

Rusiya Müdafiə Nazirliyi Suriyaya döyüş təyyarələri göndərilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.   Axar.az xəbər verir ki, nazirliyin sözçüsü İqor Konaşenkov 4 ədəd Su-25 reaktivinin Hmeymim bazasına göndərildiyini təsdiq edib:   “Hmeymim bazasına 4 ədəd Su-25 təyyarəsi göndərmişik. Lakin 6 ədəd Su-24 reaktivi ölkəyə qayıdıb. Suriyada hərbi gücümüzü azaltmağa davam edəcəyik”.   Xatırladaq ki, ABŞ-ın “Foks Nyus” telekanalı Rusiyanın Suriyaya əlavə hücum təyyarələri göndərdiyi barədə məlumat yayıb.   “Ruslar qoşunların çıxarıldığını desələr də, bunun heç bir sübutu yoxdur. Əksinə, orada yeni qüvvələr peyda olub”, - xəbərdə qeyd olunub. /