Rusiya Suriya ilə neft və enerji sahəsində əməkdaşlığını artırır
Rusiya baş nazirinin müavini Dmitri Roqozinin başçılıq etdiyi nümayəndə heyəti Suriya prezidenti Bəşşar Əsədlə görüşüb. Maide.Az xəbər verir ki, görüşdə B.Əsəd deyib ki,Ruisya sanksiyalar və müharibə nəticəsində Suriya xalqına yönələn acı və ağrıların azalmasında böyük rol oynayıb. Görüşdə həmçinin D.Raqozin bildirib ki, Rusiya Suriya ilə hərbi əməkdaşlıqdan başqa həmdə iqtisadi, elmi və ticari sahədə əməkdaşlığı inkişaf etdirməklə Suriya xalqına dəstək olmaqda maraqlıdır. “Rusiyanın Suriya hökuməti və xalqına siyasi, iqtisadi və hərbi dəstəyindən məqsədi terrorizm qarşısında sütünları daha da möhkəmləndirməkdir.” Görüşdə Rusiya və Suriya iqtisadi və ticari sahədə əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də neft və enerji sahəsində sərmayə yatırılması haqqında razılıq əldə etdilər. Qeyd edək ki, D. Roquzini Suriya səfərində Rusiya XİN-nin müavinləri, müdafiə naziri və parlamentin bir neçə deputatı müşaiyət edir. (sana)