Maide.az

Rusiya Suriyadakı raket hücumunu İsrailin həyata keçirdiyini açıqladı - Video

Rusiya Müdafiə Nazirliyi Homsa raket hücumunun işğalçı  İsrailin həyata keçirdiyini açıqlayıb. Maide.Az "eastnews"-a istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin açıqlamasıında bildirilib ki, 9 aprel Moskva vaxtı ilə 3:25 - 3:55 dəqiqələrdə İsrail HHQ-yə məxsus 2 ədəd F-16 təyyarəsi Suriyanın ərazisinə daxil olmadan Livan ərazisindən TİFOR aerodromuna idarə olunan 8 raket atıb. 3 raket, hava limanın qərb hissəsinə düşüb. 5 raket isə havadan müdafiə sistemi vasitəsilə məhv edilib. Rusiya qüvvələri hücum zamanı zərər çəkməyib.  Qeyd edək ki, ABŞ Suriyada raket hücum təşkil etdiyi iddialarını rədd etmişdi.