Maide.az

Rusiya, İran və Türkiyə ABŞ-ın qərarını pislədi

Rusiya, İran və Türkiyə rəhbərlikləri Suriya mövzusunda sessiyanın yekun bəyannaməsində ABŞ-ın Qolan təpələri üzərində İsrailin işğalını tanıyan qərarını qətiyyətlə pisləyib. Bu barədə "Hürriyet" qəzeti yazıb. Qeyd edək ki, Qazaxıstanın paytaxtı Nur-Sultanda Rusiya, İran və Türkiyə nümayəndə həyətlərinin iştirakı ilə Suriyadakı vəziyyətin nizamlanmasına dair üçtərəfli görüş keçirilir./FaktXəbər/