Rusiya, İran və Suriya XİN başçılarının görüşü olacaq
Rusiyanın xarici işlər naziri Sergey Lavrov, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və Suriyanın xarici işlər naziri Vəlid Əl Müəllim arasında cari həftəinin sonunda üç tərəfli görüş keçiriləcək. Maide.Az xəbər verir ki, bunu Rusiya XİN sözçüsü Mariya Zaxarova deyib. Rusiya KİV-lərinin məlumatına görə, üç tərəfli görüşdə müzakirə olunacaq əsas məsələ ABŞ-ın kimyəvi silahlardan istifadə iddiası və ABŞ gəmilərindən Suriya ərazisinə raket hücumu olacaq. Aprelin 4-də İdlibin Xan-Şeyhun bölgəsində kimyəvi maddədən zəhərlənərək 86 nəfər həyatını itirib. Suriya hökumət müxalifləri və Qərb ölkələri heçbir sənəd təqdim etmədən Suriya prezident Bəşşar Əsəd hökumətini kimyəvi silahla hücumda günahlandırır. Rəsmi Dəməşq bu hadisə ilə bağlı iddiaları təkzib edir və heç bir kimyəvi silahdan istifadə etmədiyini bildirir. Rusiya və Suriya elan edib ki, Suriya ordusunun hərbi hava qüvvələri terrorçuların kimyəvi silah saxladığı anbarı hədəfə alıb. ABŞ ordusu bu hadisədən sonra, Homs vilayətinin cənub şərqində yerləşən aerodromu 59 raketlə bombalayıb.