Rusiya, İran və Türkiyə Suriyada atəşkəsin monitorinqi mexanizmi üzrə razılığa gəlib
Rusiya, İran və Türkiyə Astanada keçirilən danışıqlarda Suriyada atəşkəsin monitorinqi mexanizmi üzrə razılıq əldə edib. "Report" xəbər verir ki, bu barədə TASS-a İran nümayəndə heyətindəki mənbə məlumat verib. Mənbə bildirib ki, tərəflər kommünike barədə müzakirələri davam etdirir.