Maide.az

Rusiya rəsmisi ABŞ-ı riyakarlıqda ittiham etdi

Rusiyanın BMT-dəki nümayəndəsi Dimitri Pulyanski ABŞ-ın Livanla bağlı mövqeyini tənqid edib.     Dimitri Pulyanski açıqlamasında bildirib ki, ABŞ-ın Livanla bağlı mövqeyi sadəcə riyakarlıqdır.     "Əgər ABŞ Livana dəstək olmaq istıəyirsə, birinci növbədə bu ölkəyə tətbiq olunan sanksiyaları ləğv etməlidir. Bütün sanksiyalar ləğv olunarsa, ABŞ-ın səmimiyyətinə inanmaq olar", - deyə Dimitri Pulyanski diqqətə çatdırıb.     Xatırladaq ki, ABŞ Dövlət katibi Mayk Pompeo Livan Baş Naziri Həsən Diyab ilə telefon danışığı zamanı istənilən dəstəyə hazır olduqlarını iddia etmişdi. /eastnews/