Maide.az

Rusiya qırıcıları 1 həftəyə 14 xarici təyyarə “tutub” - FOTO

Rusiya HKQ-nin qırıcıları  həftə ərzində 14 dəfə xarici təyyarəni “tutub”. Bu barədə  Rusiya Müdafiə Nazirliyinin «Qırmızı ulduz» qəzetində bildirilir. Nəşrdə deyilir ki, əməliyyatı növbətçi MiQ-31 və Su-27  havadan müdafiə qüvvələləri həyata keçirib.   Ümumilikdə  Rusiya sərhəddində  23 kəşfiyyat uçuşları qeydiyyata alınıb. Onlardan 10 uçuşu ABŞ, 4-nü Norveç, 3-nü İsveç, 2-ni Böyük Britaniya, 2-ni Fransa, 1-ni Portuqaliya və 1-ni Yaponiya təyyarəsi edib.   Bundan əlavə Rusiyanın strateji Tu-160 raket daşıyıcısı ötən həftə 2 dəfə Baltik dənizinin akvatoriyasında patrul həyata keçirib.   Bundan əvvəl isə ABŞ Müdafiə Nazirliyi özünün Tvitter səhifəsində Rusiyanın Su-27 qırıcıları tərəfindən  Amerikanın strateji bombardmançılarının tutulmasını əks etdirən fotoları paylaşmışdı.          Xatırladaq ki, iyunun 21-də Amerikanın F-16 qırıcısı Rusiya Müdafiə Nazirliyinin rəhbəri Serqey Şoyqunun təyyarəsinə yolverilməz dərəcədə yaxınlaşmışdı. Amma RF dəniz qüvvələrinə məxsus Su-27 qırıcısı iki təyyarənin arasına girib. Daha sonra Rusiya qırıcısı qanadlarını qaldıraraq F-16 pilotlarına silahlarını göstərib. Bundan sonra alyansa məxsus qırıcı ərazidən uzaqlaşıb. (faktxeber) /