Maide.az

Rusiya ordusu itki verdi

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Rusiya Silahlı Qüvvələrinin Ukrayna ərazisində itki verməsi ilə bağlı faktları ifşa edib.   ANS PRESS-in məlumatına görə, UTX-nın əks-kəşfiyyatı rus hərbçilərin Ukrayna ərazisində döyüşdüyünü təsdiqləyən səsyazısı əldə edib.   "Səsyazısında separatçıların iki nümayəndəsi bir-birilə söhbət edir. Onlar rus əsgərlərin həlak olduğunu deyirlər. Rusiya tərəfi isə bunu məharətlə gizlətməyə çalışır. Bizim əlimizdə ölən rus hərbçilərin sənədləri var", - deyə UTX-nın açıqlamasında bildirilir.   Qeyd edək ki, son aylar Ukraynada vəzziyyət yenidən gərginləşib. Belə ki, ölkənin şərqində şiddətli döyüşlər gedir. Hər iki tərəfdən itkilər var./