Maide.az

Rusiyanın XİN rəhbəri Bakıya səfər edəcək

Rusiyanın XİN rəhbəri Serqey Lavrov dekabrın 14-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında  iştirak etmək üçün Bakıya səfər edəcək.   Maide.Az bildirir ki, bu barədə  RF XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib.   «Xarici işlər  naziri Serqey Lavrov dekabrın 14-də Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək», - deyə Zaxarova bildirib.   Onun sözlərinə görə, iclas zamanı  iqtisadi əməkdaşlıq, o cümlədən nəqliyyat, enerqetika, kənd təsərrüfatı və digər məsələlərə baxılacaq. /FaktXeber /