Maide.az

Rusiyanın xarici işlər naziri bu gün Azərbaycana gələcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Azərbaycana səfərə gələcək.   Maide.Az "Report"a istinadən  xəbər verir ki, o, dekabrın 14-də Bakıda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək.   İclas zamanı Azərbaycanın QDİƏT-dəki yarımillik sədrliyinin yekunları, nəqliyyat, energetika, kənd təsərrüfatı, elm, texnologiya və səhiyyə sahələrində əməkdaşlıq müzakirə ediləcək.   Bundan əvvəl Rusiya xarici işlər naziri bu ay Azərbaycana səfərə gələcəyi barədə məlumat verilmişdi.