Maide.az

Rusiyanın Xəzər Donanmasının gəmiləri Azərbaycana səfər edəcək

Rusiya Hərbi Dəniz Qüvvələrinin  Xəzər Donanması  2017-ci ildə bütün Xəzəryanı dövlətlərin limanlarına dostluq səfəri edəcək. FaktXəbər-in verdiyi məlumata görə, bu barədə RF Xəzər Donanmasının komandanı  kontr-admiral Serqey Pinçuk bəyan edib.   «Donanmanın gəmiləriylə Azərbaycan, İran və Qazaxıstan limanlarının ziyarəti planlaşdırılıb. Həmçinin son 5 ildə ilk dəfə olaraq  Türkmənistana dostluq səfər planlaşdırılıb», - deyə Pinçuk bəyan edib.   O, vurğulayıb ki, Xəzəryanı dövlətlərin  HDQ-nin dənizçiləri arasında hərbi əməkdaşlıq bu gün yüksək səviyyədədir.   Xatırladaq ki, 2016-cı ildə Birliyin gəmiləri  Azərbaycan, Qazaxıstan və İran limanlarına dostluq səfəri həyata keçirmişdi. Bundan başqa Beynəlxalq Ordu Oyunları çərçivəsində  birgə «Dəniz Kuboku-2016» peşəkar ustalıq müsabiqəsi  keçirilmişdi. /