Maide.az

Rusiyanın Ulan-Ude şəhərində fövqəladə vəziyyət elan olundu

Rusiyanın Buryatiya respublikasının Ulan-Ude şəhərində fövqəladə vəziyyət elan olunub.   Trend-in məlumatına görə, buna su kollektorunda baş vermiş qəza səbəb olub.   Qəza ilə əlaqədar şəhərdə 100 minə yaxın sakin susuz qalıb.   Son məlumata görə, 500-ə yaxın yaşayış evinin, 50-yə yaxın sosial obyektin su təchizatı kəsilib.   Qəzanın fəsadlarının aradan qaldırılması üçün 10-12 saat vaxtın tələb olunacağı bildirilir.   Qəzanın baş vermə səbəbləri məlum deyil, araşdırma aparılır.