Maide.az

Rusiyanın Tomsk şəhərində Qırmızı məscidin təntənəli açılışı

Rusiyanın Tomsk şəhərində Qırmızı məscidin təntənəli açılışı bu gün baş tutacaq.   Martın 27-də bu regionda yaşayan müsəlmanlar üçün çox əhəmiyyətli tədbir keçiriləcək. Bu məscid 1904-cü ildə tikilib. 1931-ci ildə bağlanıb. Sonra bina kinozal və içki zavodu kimi istifadə olunub.   Məscid 2003-cü ildə dindarlara qaytarılıb. 2005-ci ilin sonunda isə məsciddə təmir-bərpa işləri başlayıb. Məscidin təmirinə 70 milyon rubl xərclənib. Bərpa işlərinə Əhməd Qədirov adına fond köməklik göstərib.   Qeyd edək ki, Qırmızı məscidin açılışı 2014-cü ildə nəzərdə tutulsa da, müəyyən səbəblərə görə təxirə salınmışdı./