Maide.az

Rusiyanın Ermənistandakı tankçıları təlimə başlayıb

Rusiya Cənub Hərbi Dairəsinin tankçıları fevralın 24-də Ermənistandakı "Alagəz" poliqonunda təlimə başlayıb. Ermənistan KİV-lərinin yazdığına görə, bu haqda Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, təlim "Т-72B" tankları ilə keçirilir. Bu tədbirə yüzdən çox hərbçi cəlb edilib. Təlim dəniz səviyyəsindən iki min metr yüksəklikdə keçirilir.