Maide.az

Rusiyanın doqquz regionunda `quş qripi`nə yoluxmuş məhsul aşkarlanıb

Aşkar edilən məhsullar məhv edilməlidir   "Rosselxoznadzor" Rusiyanın doqquz regionunda hinduşka istehsal edən "Evrodon" şirkətinin məhsullarının "quş qripi"nə yoluxması faktını aşkarlayıb.   Bu barədə "Rosselxoznadzor"dan bildirilib.   "Araşdırma nəticəsində Rusiyanın 9 subyektində - Kirov, Moskva, Rostov, Voronej vilayətlərində, Udmurtiya, Tatarıstan, Başqırdıstan respublikalarında, Krasnodar və Primorsk diyarında "quş qripi" ilə bağlı müsbət nəticələr əldə olunub. Aşkar edilən məhsulları ləğv olunmalıdır", - "Rosselxoznadzor"un bəyanatında deyilir. (report) /